“TGT sədrləri üçün liderlik məktəbi” ndə ATGTİ-nin təqdimatı keçirilib FOTO

“TGT sədrləri üçün liderlik məktəbi” ndə ATGTİ-nin təqdimatı keçirilib FOTO

Cari ilin 9 – 14 sentyabr tarixlərində Nabran qəsəbəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) reallaşdırdığı "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi davam edir. Qurumdan SİA-ya verilən məlumata görə, sentyabr ayının 10 da layihənin iştirakçıları üçün ATGTİ-nin təqdimatı keçirilib. Təqdimatı keçirən ATGTİ-nin TGT-lərlə iş departamentinin direktoru Şəmsi Gülverdi ATGTİ-nin strukturu, onun fəaliyyəti, mütəmadi olaraq keçirilən layihələr barəsində iştirakçılara məlumat verib.

Sonda Şəmsi Gülverdi iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, "TGT sədrləri üçün liderlik məktəbi" layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə