Aztəminatlı ailələrə məktəb ləvazimatları paylanılıb

Aztəminatlı ailələrə məktəb ləvazimatları paylanılıb

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) 15 sentyabr "Bilik günü" münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə 11 rayondan olan 150 uşağa məktəb ləvazimatları paylanılıb.

Tədbirlə bağlı çıxış edən BŞGİBİ-nin sədri Raqif Abbasov bildirib ki, hər il olduğu kimi, bu il də idarə yeni tədris ili ilə əlaqədar aztəminatlı ailələrə dəstək olur. Onun sözlərinə görə, 2007-ci ildən etibarən həyata keçirilən tədbir Dağlıq Qarabağ savaşı uğrunda şəhid olan, bu və ya digər səbəbə görə valideyn himayəsindən məhrum olan uşaqları əhatə edir.

Daha sonra uşaqları yeni tədris ilə münasibətilə təbrik edən idarə rəisi bildirib ki, hər bir nailiyyətin əsası təhsillə bağlıdır: "Hər il məktəblərin maddi-texniki bazası yaxşılaşdırılır. Bu onu tələb edir ki, siz yaxşı oxuyasınız".

Tədbirin davamında Raqif Abbasov az təminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları paylayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə