Paytaxt yağışlı olacaq PROQNOZ

"Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, sentyabrın 12-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 15-19, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır: "Abşeron çimərliklərində dəniz suyunun hərarəti 21-24 dərəcə olacaq".

Rəsminin sözlərinə görə, sabah ölkənin bölgələrində arabir yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə