Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı başlayıb

Bakıda "Şərq Nağılı" Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı başlayıb. SİA-nın məlumatına görə, festival Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Tədbirdə ilk çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclər, xüsusilə əlil gənclərə diqqət və qayğı göstərilir.

Onun sözlərinə görə, gənc alimlərin mədəni həyatda iştirakı, onların asudə vaxtının təşkili məqsədilə daimi olaraq layihələr həyata keçirilir, əlil gənclərin iştirakı ilə düşərgələr təşkil olunur: "Bakıda keçirilən festivalda da 7 ölkədən 150-dən artıq əlil gənc iştirak edir. Festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrdən olan gənclər arasında ünsiyyət meydançasını yaradılmasından ibarətdir. Festival çərçivəsində bu gənclər üçün bir növ bayram təşkil edilir və onların istedadlarının üzə çıxarılması üzrə işlər görülür".

Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək festival çərçivəsində Milli Məclisdə Azərbaycanda əlil gənclərin problemlərinin həllinə həsr olunan dəyirmi masa təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə