Gənclər üçün Təhsil Mərkəzi Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən beynəlxalq seminarda ölkəmizi təmsil edir. Mərkəzdən SİA-ya verilən məlumata görə, müasir təlim metodologiyasına həsr olunmuş seminarda müxtəlif Avropa ölkəsindən 20 nəfər təlimçi iştirak edir.
Seminarın əsas məqsədi qeyri-formal təhsil metodologiyasının tətbiqində gənclər təşkilatlarının bilik və bacarıqlarının təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəzin informasiya bölməsinin rəhbəri Qızılgül Teyyubovanın sözlərinə görə, seminarda iştirak edən təlimçilərlə Almaniyanın müxtəlif qeyri-formal təhsil mərkəzlərində vacib görüşlər və təcrübə mübadilələri də təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB