İniqam Babayev: “Azərbaycanda əhalinin 4,8%-ni əlillər təşkil edir” AÇIQLAMA

İniqam Babayev: “Azərbaycanda əhalinin 4,8%-ni əlillər təşkil edir” AÇIQLAMA

"Bu gün dünya əhalisinin təxminən 10%-ni əlillər təşkil edir". SİA-nın məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda bu rəqəm 4,8%-dir.

Əlil gənclərin asudə vaxtlarının təşkili, onların yaradıcı potensialının nümayişi və digər sahələrlə bağlı Nazirlik tərəfindən mühüm addımların atıldığını deyən İ. Babayev söyləyib ki, bu illər ərzində bununla bağlı yüksək nailiyyətlərin əldə olunub: "Əlil gənclərə hər bir şərait yaradılır ki, onlar da digər gənclərlə bərabər həm mədəni həyatda iştirak etsin, həm də idman sahəsində fəaliyyət göstərsinlər. Əlillərlə bağlı bütün problemlərin həlli yalnız Gənclər və İdman Nazirliyinin səlahiyyətləri çərçivəsində olan məsələ deyil. Artıq 17 ildən artıqdır ki, paralimpiya hərəkatına qoşulmuşuq. Bu illər ərzində kifayət qədər yüksək nailiyyət var".

Nazir müavini açıqlaması zamanı əlillərin məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərə də aydınlıq gətirib: "Əlillərin məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması və bu kimi digər problemlər aidiyyatı dövlət qurumlarının səlahiyyətlərinə aiddir. Müvafiq dövlət qurumları da bu sahədə öz məqsədyönlü siyasətlərini həyata keçirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə