Ölkəmiz Rumıniyada keçirilən sessiyada təmsil olunub

Ölkəmiz Rumıniyada keçirilən sessiyada təmsil olunub

Rumıniyanın paytaxtı Buxarest şəhərində Rumıniya Xarici İşlər Nazirliyi və Avropa Komissiyasının dəstəyi ilə ChildPact - "Qara Dəniz QHT Forumu"nun "Davamlı və Effektiv Regional Əməkdaşlığın yaradılması" mövzusu altında sessiyası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin əməkdaşı Fərid Ədilov iştirak edib.

Sessiyanın birinci günü panellərdə Rumıniya Xarici İşlər Nazirliyi, Regional İşlər üzrə Baş Direktor Razvan Rusu, Finlandiya NGDO Platformasının Baş Katibi Rilli Lappalainen, Şimal ölkələrinin İnkişaf Assosiyasiyasının Baş direktoru, Qara Dəniz QHT Forumunun təşkilatçısı Darja Akhutina, Rumıniya Vətəndaş Cəmiyyəti İnkişaf Fondunun Proqram meneceri Valentina Burada məruzə və təqdimatla çıxış etmiş, bu sahədə həyata keçirdikləri layihələrdən, mövcud problemlərdən və gələcək planlarından danışıblar.

Tədbirin ikinci günü sessiyada iştirak edən Azərbaycan, Rumıniya, Gürcüstan, Ermənistan, Bolqarıstan və Serbiya hökumət nümayəndələri hər bir ölkədə müvafiq sahə üzrə görülən işlərlə bağlı çıxış ediblər.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov çıxış edib, Azərbaycanda uşaqların müdafiəsi sahəsində görülən işlərdən danışıb.

Sessiyanın sonuncu günü "Effektiv İnkişaf Əməkdaşlığı" mövzusuna həsr olunmuş mühazirələr oxunub və qrup işləri aparılıb. Qruplarda QHT nümayəndələri təklif və tövsiyələrlə çıxış edib, müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə