Müsahiblərimiz dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya münasibət bildiriblər.
Yusif Babanlı,
YAP Nərimanov Gənclər Birliyinin sədri:
- Məlumdur ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Biz şahidi oluruq ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard, aktiv qüvvəsinə çevrilib.
Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Bu iş uğurla davam edir.
Sərxan Əliyev,
YAP Xətai rayon Gənclər Birliyinin sədri:
- Bu günkü Azərbaycan gənclərinin böyük əksəriyyəti təminatlı şəraitdə böyümüş, qabaqcıl ali təhsilə və geniş dünyagörüşünə malik bilikli təbəqədir. Belə uğurlu nəticənin isə səbəbi ölkəmizdə rifah halının yaxşılaşdırılması, milli-vətənpərvərlik ruhunun aşılanması və kadr hazırlığı istiqamətində atılan əməli addımlardır. Gənclər bu üstünlüklərini görürlər və burda Dövlət Başçısının əməyini haqlı olaraq yüksək qiymətləndirirlər. Dövlətimizin diqqət və qayğısının nəticəsi idi ki, ötən iki il ərzində gənclərimiz əsasən gənclərin hədəf seçildiyi elektron sosial məkanda təxribatçı elementlərin çağırışlarına uymadılar, əksinə ölkəmizi yaşaya biləcəyi fəlakətdən qorumaqla bütün cəhdləri heçə endirdilər. Bu, gənclərimizin dövlətçiliyə, ölkə rəhbərinə bağlılığının bariz nümunəsidir. Ölkə gəncləri etimadı artıqlaması ilə doğrultmuş və bu istiqamətdə səylərini davam etdirəcəklər.
Qüdsi Bayramov,
YAP Binəqədi rayon Gənclər Birliyinin sədri:
- Bu gün Azərbaycanda gənclər siyasəti yüksələn xətt üzrə inkişaf edir. Müasir Azərbaycanın təməlini qoyaraq onu gənclərə həvalə edən Ulu Öndər Heydər Əliyevin yolunu, yüksələn xətt üzrə inkişaf edən gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Dövlət başçısının bu etimadı gənclərin üzərinə böyük məsuliyyət qoyur. Gənclər də bu missiyanın öhdəsində layiqincə gəlməyə çalışırlar.
Bu etimad qarşılıqlıdır. Bu etimad Cənab İlham Əliyevin gənclərə, gənclərin isə Prezidentinə etimadıdır. Həmin etimadın bir göstəricisidir ki, Prezident İlham Əliyev 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasını məhz gənclərə, gənclər təşkilatlarına həvalə etdi. Gənclər də gələcəyə dair proqram xarakterli bu sənədin hazırlanması missiyasının öhdəsindən layiqincə gəldilər. Prezident İlham Əliyevlə gənclərin görüşündə bu, xüsusi vurğulandı. Təbii ki, dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğı gəncləri sevindirir, onların gələcək fəaliyyətlərinə stimul yaradır.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB