Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naftalanda "Qarabağ" sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. SİA-nın məlumatına görə, dövlət başçısının diqqətinə çatdırılıb ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır.
Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaq. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaq. Bu layihənin icrası nəticəsində təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaq. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir.
Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB