Allahşükür Paşazadə ölkənin qərb bölgəsində səfərdədir

Allahşükür Paşazadə ölkənin qərb bölgəsində səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə qərb bölgəsində səfərdədir. SİA-nın Qərb bürosunun xəbərinə görə, Hacı Allahşükür Paşazadə Ağstafa və Qazax rayonlarına səfər edib. Nümayəndə heyəti ilk olaraq Ağstafa rayonunda olub. Hacı Allahşükür Paşazadə burada regionun ağsaqqaları ilə görüş keçirib. Qazax rayonunda da olan Qafqaz Müsəlmanları İdarəsinin sədri daha sonra Gəncə şəhərinə gəlib. Burada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edən Allahşükür Paşazadə Gəncə Dövlət Universitetində "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda konfransda iştirak edib.

Qeyd edək ki, konfransda bir sıra məsəllər arasında geniş fikir mübadiləsi aparılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə