Adət-ənənəmizə uyğun olmayan verilişlər nə vaxta qədər yayımlanacaq?
Hər ailə kiçik dövlətdir və öz gizli sirrləri var. Lakin buna baxmayaraq, şəxsi həyatlarındakı adət-ənənəyə uymayan hərəkətlərini ortaya çıxarıb ictimailləşdirən ailələr də tapmaq mümkündür. Telekanallar onlara bu işdə reytinq naminə kömək edərək efirlərdə müzakirə obyektinə çevirirlər. Sözügedən məsələ ilə bağlı telekanallarda rəhbər vəzifəsində çalışan şəxslərlə əlaqə yaratdıq. Onların fikirlərini SİA oxucularına təqdim edirik:
Azad Azərbaycan Teleradio Şirkətində Milli Teleradio Şurasının baş məsləhətçi Tohid Əliyev: "ATV telekanalında "Ümid var" verilişində insanların razılığını alaraq efirə çıxarırıq. Biz bu kimi məsələlərlə camaatı maarifləndirmək istəyirik. Yəni onlar həyatlarında olan hadisələrə fikir verməlidirlər ki, sonradan peşmançılıq hissi keçirməsinlər. Hətta bəzən problemli ailələrin yaşadıqları rayonlara qədər gedirik. Bildiyiniz kimi, bu tipli layihələr xarici ölkələrin telekanallarında da yer alıb. Onu da xüsusi ilə deyim ki, veriliş zamanı aparıcı Zaur Baxşəliyev üfir mədəniyyətini nəzərə alaraq orada əyləşən insanlara da xatırladır ki, danışıqlarına və hərəkətlərinə fikir versinlər".
"Ümid var" verilişinin layihə rəhbəri ilə danışmaq istəsək də, etik normalara uyğun olmayan şəkildə bizi anlamadığını deyərək dəstəyi asdı.
Verilişin aparıcısı Zaur Baxşəliyevin də mövqeyini öyrənmək istədik. Lakin prodüsseri Faiq Ələkbərli Zaurun "Ümid var" verilişi haqqında danışmağa ixtiyarı olmadığını söylədi.
"Space" teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyevdən Kəmalə Xəlilovanın apardığı "Bizi barışdırın" layihəsi haqqında rəy öyrənə bilmədik. Kamil müəllim əməkdaşımıza ilk öncə iclasda olduğunu, daha sonra "Çox məşğulam. Məni narahat etməyin deyərək" telefonu söndürdü.
"Bizi barışdırın" verilişinin aparıcısı Kəmalə Xəlilovanın münasibətini soruşmaq istədikdə isə, işlədiyi televiziyadan hazırda məzuniyyətdə olduğu deyildi.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahindən Elgiz Əkbərin təqdimatında olan "Elgizli axşamlar" verilişində baş verən hadisələrlə bağlı mövqeyini öyrənə bilmədik. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Elgiz Əkbər "Elgizli axşamlar" verilişinin bağlandığını deyərək, o haqda danışmaq istəmədiyini söylədi.
Zənglərimizə cavab verməyən lovğa televiziya rəhbərlərinin və işçilərinin nəzərlərinə çatdıraq ki, yekəxanalıq etməkdənsə, yeni mövsümdən adət-ənənəmizə uyğun olan və tamaşaçıların diqqətini cəlb edən maraqlı layihələrə üstünlük versinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB