"Ermənistanı Rusiyanın bir vilayəti ilə müqayisə etmək təhqirdir". Bunu Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, eyni zamanda bu partiyanın parlament fraksiyasının rəhbəri Qalust Saakyan Rusiya prezidentinin müşaviri Sergey Qlazyevin Gömrük İttifaqına yenicə daxil olmuş Ermənistanın Kalininqrad vilayəti ilə müqayisəsinə münasibət bildirərkən deyib. Q.Saakyan bildirib ki, müstəqil Ermənistanı Rusiyanın bir vilayəti kimi təqdim edən prezident müşaviri əslində bütün erməniləri təhqir edib: "Bu addım Ermənistanın müstəqilliyinə xələl gətirə bilməz".
Xatırladaq ki, Rusiya prezidentinin müşaviri "Exo Moskvı" radiostansiyasına müsahibəsində aparıcının "Ermənistanla vahid sərhədiniz yoxdur, İrəvanın Gömrük İttifaqına daxil olması necə mümkün olacaq" sualına S.Qlazyev cavab verib ki, Rusiyanın Kalininqrad vilayəti ilə də vahid sərhədi yoxdur. Amma bu bizə mane olmur. Bizim üçün fərqi yoxdur, bu müstəqil ölkədir, yaxud Rusiyanın subyekti. Başlıcası vahid gömrük ərazisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB