Qərb bölgəsinin ən iri xəstəxanalarından olan Göygöl rayon Mərkəzi Xəstəxanasında qışa hazırlıq işləri yekunlaşmaq üzrədir. Artıq səhiyyə müəssisəsində sərt şaxtaların yarada biləcəyi fəsadların aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər görülür. Xəstəxananın baş həkimi Hamlet Ömərovun SİA-nın Qərb bürosuna verdiyi məlumata görə, ocaqxanalarda təmir işləri aparılıb və xəstəxananın dam örtüyü yenilənib: "Qaz sayğacları laboratoriyadan keçirilib, qaz və su təsərrüfatında olan qüsurlar aradan qaldırılıb. Xəstəxanada istilik sistemi hazır vəziyyətə gətirilib. Bundan əlavə Çaykənd, Balçılı kənd sahə xəstəxanalarında qışa hazırlıq işləri başa çatmaq üzrədir. Ayrıca ucqar kəndlərdə fəaliyyət göstərən ilk tibb məntəqələri də qışa hazır vəziyyətə gətirilib".
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB