Aztəminatlı ailələrdən olan uşaqlara məktəb ləvazimatları paylanılıb
Bu gün Yasamal rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Yasamal rayonu Gənclər və İdman İdarəsi 15 sentyabr "Bilik günü"nün qeyd olunması münasibətilə birgə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə ilk çıxış edən Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov uşaqları ilk tədris ili ilə əlaqədar təbrik edərək onlara dərslərində uğurlar arzu edib: "İnanıram ki, aranızda idman, səhiyyə, mədəniyyət və digər sahələr üzrə layiqli nümayəndələr olacaq. İlk dərs ilində sizə uğurlar arzu edirəm".
Daha sonra tədbirdə çıxış edən Yasamal rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova uşaqları yeni tədris ili münasibətilə təbrik edib. O bildirib ki, bir insan yalnız biliyi ilə digərindən üstün ola bilər: "Çalışın, hər zaman öz biliyinizlə hər kəsdən üstün olasınız".
Bundan əlavə tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsininin əməkdaşları da iştirak ediblər. Onlar da öz növbələrində uşaqları yeni tədris ili münasibətilə təbrik edərək hər birinə uğurlar arzu ediblər.
Tədbirin sonunda aztəminatlı ailələrdən olan 20 uşağa məktəb ləvazimatları paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB