II liderlik məktəbinin açılış mərasimi keçirildi

II liderlik məktəbinin açılış mərasimi keçirildi

9 sentyabr 2013 cü il tarixində "Nabran" qəsəbəsi, "Atlant" istirahət mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" layihəsinin açılış mərasimi keçirilib. ATGTİ –dən SİA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri üçün təşkil olunmuş layihənin açılış mərasimində çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov ATGTİ-nin fəaliyyəti, keçirdiyi və yaxın gələcək üçün nəzərdə tutulmuş layihələr barəsində söz açıb. TGT-lərin tələbə gənclərin ictimai fəaliyyətində oynadığı vacib rolu qeyd edib.

"Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" layihəsinin açılış mərasimində iştirakçılar Azərbaycan Respublikasının Dövlət Bayrağını simvolizə edən "Göy", "Qırmızı" və "Yaşıl" komandalarına bölünüblər və komandalara düşərgənin qaydaları izah olunub.

Qeyd edək ki, "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün liderlik məktəbi" layihəsi 9-14 sentyabr tarixlərində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə