Bu həftə uğurlu olacaq... Ulduzlar belə deyir

Bu həftə uğurlu olacaq... Ulduzlar belə deyir

OĞLAQLAR ailələrinin rifahını yaxşılaşdırmaq üçün maliyyə məsələlərinin həlli ilə məşğul olmalıdırlar. Hər hansı ideyanız varsa, dərhal həyata keçirməyə başlayın. Həftə uğurlu olmağı vəd edir. Üstəlik, belə bir fürsət hələ uzun müddət əlinizə keçməyəcək.

DOLÇALARIN ağlına cürbəcür maraqlı ideyalar gəlir. İndi onların bəzilərini həyata keçirmək üçün əlverişli şərait yaranıb. Lakin yola çıxmaq üçün həmfikirlər, etibarlı tərəfdaşlar tapmalısınız. Yəqin ki, həmkarlarınızın və dostlarınızın arasında belə adamların sayı az deyil.

BALIQLARI bu həftə işdə yeni gözəl perspektivlər gözləyir. Çoxdan sizə rahatlıq verməyən ideyalarınızı həyata keçirmək əzminiz rəhbərliyin diqqətini cəlb edəcək və gözlənilən nəticəni verəcək. Doğrudur, bunun üçün öz üzərinizdə möhkəm işləməli və çox səbirli olmalısınız.

QOÇLAR emosiya və davranışlarına nəzarət etmək üçün çox səy göstərməlidirlər. Bu həftə bir-birinə zidd olan xoşagəlməz hallar yarana bilər. Vaxtında atılmış bir addım vəziyyəti nəinki xilas edəcək, üstəlik, işdəki mövqeyinizi möhkəmləndirəcək, nüfuzunuzu qat-qat artıracaq.

BUĞALAR xırda çətinliklər qarşısında geri çəkilməməlidirlər. Fikir ayrılıqlarını açıq söhbət əsnasında aradan qaldırmaq olar. İşdə yol verdiyiniz xəta, biznesinizin iflasa uğraması şişirdilmiş məsələ ola bilər. Bu günlər maliyyə layihələrinə pul yatırmaq üçün münasib deyil. Amma bu fikirdən əl çəkmək istəmirsinizsə, onda çox ehtiyatlı olmalısınız.

ƏKİZLƏR bu həftə şəxsi ləyaqət hissini hər şeydən uca tutmalıdırlar. Ətrafdakı hadisələrə də bu mövqedən yanaşmalısınız. Əsassız ittihamlara məhəl qoymayın. Rəhbərliyin danlağını sakit qəbul edin. Onsuz da onun gözündə sizdən yaxşısı yoxdur. Milçəkdən fil düzəltməyin. Hirslə deyilmiş bir söz heç bir məna kəsb etmir.

XƏRÇƏNGLƏRİ maliyyə baxımından uğurlu həftə gözləyir. Həftənin birinci yarısında əlinizə çoxlu pul gələcək. Sənədləri tərtib edəndə çox diqqətli olmalısınız. Borc pul verməyin. Atalar necə deyib? Verib yaman olmaqdansa, verməyib yaman ol!

ŞİRLƏR planlaşdırdıqları bütün işləri asanlıqla həyata keçirəcəklər. Bu həftə ruh yüksəkliyiniz, enerjiniz və yeni ideyalarınız ətrafdakıları mat qoyacaq. Böyük şövqlə işləyəcəksiniz. Rəhbərlik konstruktiv təşəbbüslərinizi və təkliflərinizi diqqətlə dinləyəcək, həmkarlarınız və yaxınlarınız onların həyata keçməsinə kömək edəcəklər.

QIZLARIN qarşısında qətiyyətli addımlar tələb edən yeni imkanlar açılacaq. Bu günlər macal tapıb evdəki problemləri, məsələn hər dəfə təxirə saldığınız xırda təmir işlərini həll etməlisiniz.

TƏRƏZİLƏR üçün də yeni imkanlar açılacaq. Bütün işlərinizdə müsbət nəticələr əldə edəcəksiniz. Cazibədarlığınız və insanlarla dil tapmağınız sayəsində tez-tez ətrafdakıların diqqət mərkəzində olacaqsınız. Ünsiyyətcil olmağınız dünyagörüşünüzü genişləndirir, maraqlı informasiyalarla zənginləşdirir.

ƏQRƏBLƏR gələcək barədə düşünüb, konkret fəaliyyət planı tərtib etməlidirlər. Həftənin əvvəli böyük-böyük işlərə rəvac verir. Bir çox planlarınız maddiləşəcək, yaradıcılıq ideyalarınız və təşəbbüsləriniz reallaşacaq, nüfuzunuz artacaq.

OXATANLAR diqqətlərini yalnız indiki halda prioritet olan bir işin üzərində cəmləşdirsələr, nəzərdə tutduqlarından daha tez müvəffəqiyyət qazanacaqlar. Bu günlər bir çox məsələlərlə bağlı məlumatlılıq səviyyəniz artacaq, dünyagörüşünüz genişlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə