QOÇLARA bu həftə ulduzlar daha fəal olmağı, şayiələrə inanmamağı tövsiyə edir. Astroloqlar bildirirlər ki, həftənin sonuna qədər bu bürcün nümayəndələrinin işləri yağ kimi gedəcək, istirahət günləri rahat dincələ biləcəklər. Yaxşı olar, danışıqları həftənin orta günlərinə təyin edəsiniz.
BUĞALARIN tərəfdaşları onların müvəqqəti çətinliklərini başa düşməyəcəklər. Bu səbəbdən xoşagəlməz vəziyyət yarana bilər. Amma siz vəziyyətdən şərəflə çıxacaqsınız. Yaranmış problemləri qarşı tərəflə açıq müzakirə etməlisiniz, çünki örtülü bazar dostluğu pozar. Bəlkə də birdən-birə olmayacaq, amma çıxış yolu mütləq tapılacaqdır.
ƏKİZLƏR həftə ərzində heç bir vəd, xüsusən tələsik vədlər verməməlidirlər. Gözlənilməyən hadisələr işlərinizin sabitliyini poza bilər. Avantüralı işlərə baş qoşmayın. Qoy bu həftə bələdçiniz sağlam düşüncəniz olsun.
XƏRÇƏNGLƏR gözləmədikləri yerdən dəstək alacaqlar. Qəfil yaranmış üstünlükdən sui-istifadə etmək, rəqiblərinizi geridə qoymaq fikri sizə rahatlıq verməyəcək. Riskə getmək istəyirsinizsə, cəhd edin, amma bu addımı sonraya saxlamayın. Çünki vəziyyət hər an dəyişə bilər. Onda riskiniz məğlubiyyətlə nəticələnər.
ŞİRLƏR üçün bu həftə biz neçə xəbərdarlıq işarəsi hazırlayıb. Qalaq-qalaq işlərin içində bu işarələri gözdən qaçırmamaq üçün sürətinizi yavaşıtmalısınız. Ən çətin anda da ovqatınızı pozmayın. Özünüzün qeydinə qalmasanız, kim sizin qeydinizə qalacaq?
Məzuniyyətin bitməsinə baxmayaraq QIZLAR işləmək həvəsində deyillər. Dostlarınızdan və yaxınlarınızdan hədiyyələr almaq, onların xoş sözlərini eşitmək istəyəcəksiniz. Ofisinizə əl gəzdirin, yenilik etməyə çalışın. Axı siz belə işlərdən yaxşı baş çıxarırsınız!
TƏRƏZİLƏR bu həftə maraqlı təklifdən boyun qaçırmamalıdırlar. Qərarsızlığınız hər şeyi məhv edə bilər. Dəqiq bilmədiyiniz bir məsələ barədə irəlicədən mühakimə yürütməyin. Ailəniz və yaxınlarınızla daha çox vaxt keçirmək istəyirsinizsə, iş rejiminizə dəyişiklik etməlisiniz.
ƏQRƏBLƏR yaxşı mənada "köhnə bazara təzə nırx qoymaq" istəyəcəklər. Vəziyyəti başqa yöndən qiymətləndirməyə çalışın. Onda rəqabətdə üstünlük əldə edəcəksiniz. Hazırda riskin dərəcəsi həmişəkindən yüksəkdir. Çalışqanlığınız sayəsində çox şeyə nail olacaqsınız. Amma yaxşı olar, ezamiyyəti təxirə salasınız.
OXATANLARIN həmkarları və dostları ilə araları dəyə bilər. İllüziyalar aldadıcıdır, hirslə deyilmiş acı sözlər mehriban münasibətləri pozub, işdə gərginlik yarada bilər. Keçmişinizin bu gününüzə hakim kəsilməsinə yol verməyin. Yaxın gələcək üçün planlar qurun.
OĞLAQLAR bu həftə, xüsusən, ciddi qərar qəbul edərkən ayıq-sayıq olmalıdırlar. Sənədlərin hazırlanmasına xüsusi diqqət yetirməlisiniz, hər xırdalığı nəzərə almalısınız. Bütövlükdə həftə hadisələrlə zəngin olacaq, ona görə də çox işləyəcəksiniz. İstirahət günlərini vəzifə borcunu vicdanla yerinə yetirmiş adam kimi dincələ bilərsiniz.
DOLÇALAR uzaq yerlərə səyahət etmək barədə düşünəcəklər. Siz indiyə qədər olmadığınız bir yerə işgüzar səfər etmək istəyəcəksiniz. Əgər belə bir ezamiyyəti əvvəldən planlaşdırıbsınızsa, təxirə salmayın. Ofisiniz heç yerə qaçmır.
BALIQLARI mükafat gözləyir. Paxıl həmkarlarınız sizə qarşı xırda intriqalara başlaya bilərlər. Ruhdan düşməyin. Rəhbərlik sizin tərəfinizi tutacaq. Yaranmış vəziyyət yeni və irimiqyaslı bir layihəyə təkan verə bilər. Özü də əsas rol sizin üçün nəzərdə tutulub. Dostlarınız bütün təşəbbüslərinizi dəstəkləyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB