“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu növbəti kampaniyaya start verib
Bu gündən etibarən "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu növbəti kampaniyaya start verib . SİA-nın xəbərinə görə, kampaniyanın açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "İrəli" Gənclər Təşkilatının sədri Rauf Mərdiyev, digər gənclər təşkilatlarının rəhbərləri, gənclər və media nümayəndələri iştirak edib.
Kampaniyanın məqsədi son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimaiyyətə çatdırmaqdır.
Kampaniya çərçivəsində "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu tərəfindən foto sərgi və bir sıra məşhur insanlarla görüşlərin keçirilməsi planlaşdırılır.
Eyni zamanda kampaniya ərzində ticarət mərkəzinin ziyarətçiləri üçün müxtəlif müsabiqələr də keçiriləcək. Qaliblər "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu tərəfindən hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, Təşəbbüs Qrupunun fəaliyyəti ilə fb.com/mypresident.az səhifəsində tanış olmaq olar. Kampaniyaya qoşulmaq üçün isə www.mp2013.az səhifəsinə daxil olmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB