Müsahibimiz millət vəkili Nizami Cəfərovdur.
- Nizami müəllim, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr peyda olub. Sizcə belə qüvvələr öz istəyini reallaşdıra bilərlərmi?
- Ölkəmizdə artıq çox gözəl, sabit və qanunların işlədiyi bir vəziyyət hakimdir ki, nə daxildən, nə də xaricdən bunu heç bir güc, qüvvə sarsılda bilməz. Yüksək sürətli bir inkişaf gedir və hamımız bunun şahidiyik.Həmçinin davamlı bir inkişaf gedir.Təkcə ölkə əhalisinin yox, dünyanın qəbul etdiyi və beynəlxalq standartların qəbul etdiyi bir inkişaf gedir. Bu inkişafa hər hansı bir maneə törətmək mümkün deyil.
- Məlumdur ki, müxalifət bir neçə gün öncə mitinq keçirtdi. Lakin həmin mitinqə partiya sədrlərinin bir neçə qohumundan başqa heç kəs gəlmədi. Sizcə cəmiyyətin onlara inanmamasının səbəbi nədir?
- Səbəb geri qalmaqdır. Yəni onlar hər zaman olduğu kimi müasir vəziyyətdən, hadisələrin gedişindən geri qalırlar və cəmiyyətdə özlərinə mövqe tuta bilmirlər və inam qazanmağı bacarmırlar. Köhnə fikirlər və köhnə iddialarla çıxış edirlər. Onlar cəmiyyətə olduqca maraqsız görünürlər. Bu gün gərək cəmiyyətə layiq işlər görəsən ki, ina qazanasan. Onların hansı qaranlıq tarixçəni yaşadıqları xalqımıza məlumdur. Onların ardınca yalnız bir-iki adam gedə bilər ki, həmin adamlar üçündə cəmiyyətdə hansısa inkişafın, müsbət işlərin əhəmiyyəti olmur. Belə insanlar məsuliyyətsizdirlər.
- "Milli Şura" deyilən qurum Rüstəm İbrahimbəyovdan imtina etdikdən sonra Cəmil Həsənlinin üzərində dayandı. Sizcə, bu Əli Kərimli ilə İsa Qəmbərin əvvəlcədən planlaşdırdığı oyun idimi?
- Məlumdur ki, müxalifət gündən-günə sürətlə iflasa uğrayır. Onlar məğlub olmuş insanlardır. Onlar hansısa qurumlar yaratmaqla özlərini daha da biabır edirlər. Heç bir uğur qazana bilməzlər. Belə müxalifət iqtidarla heç bir mübarizəyə qatıla bilməz. "Milli Şura"ya gizlində rəhbərlik etmək istəyənlər var ki, onlar hansısa oyunlar qura bilərlər və bu oyunlarda özlərinə mənfi təsir edir.
- Azərbaycanı sevməyən xarici qüvvələrdən maddi, mənəvi dəstək alıb ölkəmizdə iğtişaşlar törətməyə cəhd göstərən bəzi radikal müxalifət partiyalarının bu hərəkətləri qanunvericiliklə ziddirmi və bu hərəkətlərinə görə onlar məsuliyyətə cəlb olunmalıdırlarmı?
- Biz bu insanların belə çirkin hərəkətlərinin çox şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq. Ümumiyyətlə onlar ölkənin inkişafını, müstəqilliyini gözləri götürmür və istəmirlər ki, Azərbaycan uğurlara imza atsın. Lakin onların bu mənfi reaksiyalarına baxmayaraq ölkəmiz daim inkişaf edəcək. Yenə təkrar edirəm belə hərəkətlərin qarşısı hər zaman alınıb, bundan sonra da alınacaq. Bu kimi işlər qanunvericiliyimizlə ziddir və buna görə də belə insanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki qeyri-qanuni hərəkətlərə konstitusiyamız icazə vermir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB