Sərhəd qoşunları komandanlarının Bakı toplantısında 21 qərar qəbul edilib

Sərhəd qoşunları komandanlarının Bakı toplantısında 21 qərar qəbul edilib

Xəbər verildiyi kimi bu gün MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Şuranın iclasında 7 məsələ müzakirə olunub və 21 qərar qəbul edilib.

Tədbirdən sonra bu barədə jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kuleşov deyib.

Rusiya FTX direktorunun müavini bildirib ki, yığıncaqda şuranın yarandığı gündən indiyə qədərki fəaliyyəti təhlil edilib. Bu il Xəzər, Qara və Azov dənizlərində, eləcə də quru sərhədlərində keçirilmiş xüsusi əməliyyatların, profilaktik tədbirlərin nəticələri qiymətləndirilib: "Biz birgə fəaliyyətin perspektivlərinə və effektivliyinin yüksəldilməsinə də diqqət yetirdik. Orta Asiya regionundakı vəziyyəti dəyərləndirdik və fəaliyyətimizin prioritet istiqamətlərinə aid 7 məsələyə baxaraq 21 qərar qəbul etdik".

V.Kuleşov qeyd edib ki, tərəflər MDB ölkələrinin sərhədlərində mümkün böhranlı situasiyaların aradan qaldırılması üzrə işi əlaqələndirmək, eləcə də sərhəd mühafizəsi sahəsində birgə kadr hazırlığı barədə razılığa gəliblər.

Rusiya rəsmisi Bakıda bir sıra obyektlərə baş çəkdiklərini söyləyib: "O cümlədən Dövlət Sərhəd Xidmətinin Akademiyasına olduq. Bu təhsil müəssisəsi mütəxəssis hazırlığı üçün çox ciddi bazaya malikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə