Rusiya Sərhəd Xidmətinin rəhbəri: “Biz MDB ölkələri rəhbərləri üçün öz təkliflərimizi hazırlayırıq”
"Xəzərdə təhlükəsizliyin təmin olunması məsələsinə yanaşmada Rusiya, Azərbaycan və Qazaxıstanın mövqeləri tam üst-üstə düşür". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kuleşov deyib.
V.Kuleşov bildirib ki, Xəzərdə təhlükəsizlik mövzusu MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 70-ci iclasında müzakirə olunub və müvafiq qərar qəbul olunub: "Biz MDB ölkələri rəhbərləri üçün öz təkliflərimizi hazırlayırıq. Hazırda bunlar razılaşdırılır və ekspertlər bu məsələnin üzərində işləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB