Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

Mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi

2013-ci ilin avqust ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatları zamanı 2,143,529 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 928 PHS, 9 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan SİA-ya verilən məlumata görə, əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 234,074,309 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 686,569-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Qeyd edək ki, 2013-ci ilin avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə