Beynəlxalq Savadlılıq Günü qeyd olundu FOTO

Beynəlxalq Savadlılıq Günü qeyd olundu FOTO

Gənclər üçün Təhsil Mərkəzi BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə Beynəlxalq Savadlılıq Gününə həsr olunmuş, "Hər kəs məktəbə" adlı bir günlük kampaniya həyata keçirib.

"Bakcell" şirkətinin dəstəyi ilə Ağcabədi rayonunda baş tutan kampaniya çərçivəsində müxtəlif tədbirlər təşkil olunub. 3 nömrəli məktəb-liseyinin qarşısında başlayan kampaniyanı giriş sözü ilə Ağcabədi rayon İcra başçısının müavini Əbülfət Tapdıqov açaraq, təhsilin həyatımızdakı rolu barədə çıxış edib. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və BMT-nin İctimai İnformasiya Departamentinin əməkdaşı Zəka Quliyev tədbir iştirakçılarına 1965-ci ildə UNESCO tərəfindən təsis olunmuş Beynəlxalq Savadlılıq Günü barədə öz fikirlərini çatdırıblar.

Kampaniya çərçivəsində Ağcabədi rayonunda məskunlaşmış və bir neçə gündən sonra məktəbə ilk dəfə qədəm qoyacaq uşaqlara "Bakcell" şirkətinin məktəbli çantaları və dərs ləvazimatları hədiyyə olunub.

Daha sonra müxtəlif auditoriyalarda gənclər üçün Savadlılıq Gününə və Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş seminarlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə