Nazirlər Kabineti Azərbaycanda avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı yeni qaydaları təsdiq edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə qərar alınıb ki, Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilən "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilsin.
Dəyişikliklərə əsasən, istehsal müddəti 4 ildən 1-ilə qədər olan avtomobillər iki ildə bir dəfə texniki baxışdan keçiriləcəklər. İstehsal müddəti 10 ildən çox olan avtomobillər isə ildə bir dəfə texniki baxışdan keçiriləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB