MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası başlayıb

MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası başlayıb

Bakıda MDB-yə üzv ölkələrin sərhəd qoşunları komandanlığı Şurasının 70-ci iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Bunlar 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən Mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunmasında sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinin prioritet istiqamətləri, MDB ölkələrinin xarici sərhədlərində böhran vəziyyətlərinin nizamlanması üçün sərhəd qoşunları və digər qurumların imkanlarından istifadə ilə bağlı MDB Dövlət Başçıları Şurasına təkliflər hazırlamaq, Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Düşənbəyə təcili yardımın göstərilməsi və digər məsələləri əhatə edir.

Bundan başqa iştirakçılar 2013-cü ildəki fəaliyyətlərini və Şuranın planlarının yerinə yetirilməsi vəziyyətini dəyərləndirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə