Aatəşkəs rejimini yenə pozuldu

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun Gədəbəy rayonunun ərazisindəki mövqelərini atəşə tutublar. Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə