İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?

"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova məlumat verib. Məlumata əsasən, paytaxtda havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Şöbə müdiri bildirib ki, istirahət gün ölkənin rayonlarında gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı ehtimal olunur: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə