Ordu bizi, biz isə ordunu qorumalıyıq

Ordu bizi, biz isə ordunu qorumalıyıq

Dünən, bu gün xəbər saytlarında və qəzetlərdə bir qrup mülki şəxsin Azərbaycanın müdafiə nazirinin müavini general Çingiz Məmmədovun xidməti maşının qarşısını kəsdiyini və onun onlarla görüşə çıxmasını tələb etdikləri bildirildi. Bugünki müxalifət qəzetlərində isə guya generalın mühafizəçilərinin maşını insanların üstünə sürmək əmri verdiklər bildirilir.

İnsindent və onun ətrafında gedən qeyir-sağlam müzakirələr məni bir deputat kimi çox narahat etdi.

Birincisi, ildən ilə ali hərbi məktəblərə gələn gənclərin sayı durmadan artdığına görə artıq hərbi litseyi bitirən məzunların da TGDK xətti ilə imtahan verməsi tələbi çox məntiqidir. Bilikli gənc istənilən halda öz biliyini göstərə biləcək, bu isə mürəkkəb texnikaya malik olan Azərbaycan Silahlı Qüvvələri üçün çox vacibdir.

Qaydadan kənar hərbi məktəblərə qəbul tələbi isə artıq bir qrup şəxsin orduya təzyiqi kimi qiymətləndirilməlidir. Hər bir şəxs istənilən məsələnin ancaq qanun çərçivəsində həllini qəbul etməlidir və qaydalar hər kəsə görə dəyişə bilməz.

İkincisi, müdafiə nazirinin müavinin bir qrup mülki şəxsin istəyi (burada isə tələb edilib) ilə maşından düşüb, onlarla görüşməsi ümumi təhlükəsizlik qaydalarına ziddir. Ölkəmizin Ermənistanla müharibə vəziyyətində, ordumuzun daima isə bir nömrəli hazırlıq vəziyyətində olmasını heç kəs ununtmamlıdır. Bu fakt yaddan çıxmamalı, generalı maşınını Bakının mərkəzində qarşısının təsadüfi bir qrup şəxs tərəfindən kəsilməsi ciddi narahatçılıq doğurmalıdır.

Belə vəziyyətdə isə müxalifət qəzetləri giya maşının həmin şəxslərin üstünə sürüləməsi iddiasını irəli sürülər.

Bunun belə olduğöuna inanamıram.

Digər tərəfdən isə niyə məsələni qərəzli şərh edənlər söhbətin ordudan getdiyini unudur və yüksək rütbəli hərbiçinin fəaliyyətinə müdaxilə faktını arxa plana keçirməyə çalışırlar?

Bütün xəbərlər Facebook səhifəmizdə