“4-cü Azərbaycan-Alman Tibb Günləri”

“4-cü Azərbaycan-Alman Tibb Günləri”

4-8 sentyabr 2013-cü il tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti ( GAMCA) ənənəvi tədbirlərindən biri olan "4-cü Azərbaycan-Alman Tibb Günləri" adlı layihəsini keçirir. SİA-nın məlumatına görə, tədbir Almaniyanın Siegen-Marien Krankenhaus Klinikası, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı ilə Almaniyanın Zigen şəhərində təşkil olunub. Tədbirdə Azərbaycandan və eləcə də Almaniyanın müxtəlif şəhərlərindən 70-ə yaxın həkim, rezident və tələbə iştirak edir.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Deputatı, Almaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədr müavini cənab (Mr.)H.Daub, St.Marien Krankenhaus xəstənasının rəhbəri cənab (Mr.)Winkelmann, Azərbaycan millət vəkilləri Ceyhun Osmanlı, Qənirə Paşayeva, Milli Onkologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin rəsmi nümayəndələri iştirak edib.

Tədbir Zigen şəhər meri cənab S.Muess.in şəhər meriyasında qonaqlar və eləcə də tədbir iştirakçıları üçün təşkil etdiyi təntənəli mərasim ilə açıq elan edilib. Cənab Muess qonaqları salamlayaraq tədbir iştirakçılarını Zigen şəhərində görməyindən məmnun olduğunu bildirib.

Bu tip tədbirlərin təşkilinin ölkələr arasındakı ictimai və tibbi əhəmiyyətindən, Zigen şəhərinin qısa tarixindən danışıb və konfrans iştirakçılarına daha böyük elmi nailiyyətlər arzulayıb.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov öz növbəsində qonaqları salamladı, Azərbaycan-Almaniya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, xüsusilə tibb sahəsində təhsil alan və çalışan kadrların ildən-ilə artmasının əhəmiyyətindən, Azərbaycan-Almaniya arasında mövcud olan əlaqələrin çoxillik tarixindən danışdı. Sonda Azərbaycan milli ornamentləri və Zigen şəhər modelini özündə əks etdirən Azərbaycan xalçasını cənab merə təqdim etdi.

Bundan başqa Azərbaycan Heydər Əliyev Fondunun hazırlamış olduğu Azərbaycan tarixi, mədəniyyəti, arxitekturası, musiqi və mətbəx incilərini özündə birləşdirən kitab və təqdimat disklərini şəhər merinə hədiyyə edilib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi və konfrans açıq elan olundu.

Tədbir iştirakçıları tədbirin davamı və ziyafət üçün St.Marien Krankenhaus klinikasına yollandı.

Bütün xəbərlər Facebook səhifəmizdə