Azərbaycan Parisdə təmsil olunub

Azərbaycan Parisdə təmsil olunub

Paris Azərbaycan Evi ölkəmizi Parisin nüfuzlu icra hakimiyyətlərindən biri olan Paris 16-ci bələdiyyə dairəsində təşkil olunan Assosiasiyalar Forumunda təmsil edib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 92 nüfuzlu təşkilatın və qurumun, həmçinin yüzlərlə insanın qatıldığı forumda Azərbaycan Evi ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən broşuralar, kitablar, milli xalça nümunələri, o cümlədən əl işləri nümayiş etdirib.

Tədbir iştirakçıları və təşkilat üzvləri, həmçinin milli şirniyyatlarımızdan dadmaq imkanı da əldə ediblər. Tədbir zamanı Paris deputatı, mer Claude Goasguen Azəbaycan Evi nümayəndələrini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb. Azərbaycan Evi, öz növbəsində merə hədiyyə olaraq ölkəmizi təmsil edən kitab və suvenir təqdim edib.

Qeyd edək ki, Paris Azərbaycan Evi foruma Azərbaycanın Fransadakı Səfirliyi və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə foruma qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə