Əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov Hacıqabul rayonunda Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev adına mərkəzdə keçirilən qəbulda 80 nəfər vətəndaş nazir tərəfindən dinlənilib.
Vətəndaşların qaldırdığı məsələlər nazirliyin müvafiq əməkdaşları tərəfindən yerindəcə həll olunub. Nazirliyin aparat rəhbəri Elnur Kələntərlinin açıqlamasına görə, nazir Fizuli Ələkbərov ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən indiyə qədər 15 dəfə 700 nəfərdən çox vətəndaşı qəbul edib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB