Komitə sədri: “Diasporların birləşməməsini dərd etmək lazım deyil” AÇIQLAMA
"Əgər hər hansı bir ölkədə diasporlar birlikdə fəaliyyət göstərə bilmirlərsə, birləşərək ümumi işə maneçilik törədirlərsə, o zaman onların paralel şəkildə fəaliyyət göstərməsi daha düzgün olar". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov diasporların birlik probleminə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, onlar paralel olaraq fəaliyyət göstərməklə Azərbaycan dövlətinə və dövlətçiliyinə daha çox yardımçı olsalar, daha effektli olar: "Paralel strukturlar yaradılıb. Sağlam rəqabət olan yerdə inkişaf daha çox olur. Əsas odur ki, bu cəmiyyətlərin hamısı Azərbaycana, onun dövlətçiliyinə sədaqətli insanlardır. Onların hər biri ölkə başçısının siyasətini həyata keçirir, bu siyasətə hörmətlə yanaşırlar. Ona görə də diasporların birləşməməsini dərd etmək lazım deyil. Bu siyasət yeni bir siyasətdir. Təcrübə də yoxdur. Getdiyimiz yolda korrektələr də olur. Əlbəttə ki, birlik gözəl şeydir amma alınmırsa, paralel olaraq işləmək qəbahət deyil.".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB