Nazim İbrahimov: “İranın Nizami Gəncəvini fars adlandırması düzgün deyil” MÜNASİBƏT

Nazim İbrahimov: “İranın Nizami Gəncəvini fars adlandırması düzgün deyil” MÜNASİBƏT

Dahi şair Nizami Gəncəvinin dünyada tanıdılması ilə bağlı Proqram hazırlanacaq. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov İranın Nizami Gəncəvini fars şairi adlandırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dahi şairin dünyaya tanıdılması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən çox işlər görülür.

Komitə sədri Nizami Gəncəvi irsinin mərkəz tərəfindən yenidən araşdırılacağını da qeyd edib: "Nizami Gəncəvi irsi təkcə Azərbaycan deyil, həmçinin beynəlxalq institutlar və araşdırıcılar tərəfindən yenidən araşdırılacaq. Mərkəz bununla bağlı bir sıra işlərə başlayıb. Ona görə də Nizaminin dünya kitabxanalarındakı bütün əlyazmaları bir daha qaldırılaraq öyrəniləcək.

Biz çalışacağıq ki, Nizami Gəncəvi həqiqətən də bir Azərbaycan şairi olaraq tanıdılsın. Hamımız bilirik ki, dahi şairimiz fars dilində yazıb, amma bu onun fars olması anlamına gəlmir. Bu gün ölkəmizdə yüzlərlə rus dilində yazan yazıçılarımız var. Bu o demək deyil ki, onlar rusdurlar. İranın onu fars adlandırması düzgün deyil. O, Gəncə şəhərində yaşayıb, böyüyüb və orada da basdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə