II liderlik məktəbi təşkil olunacaq

II liderlik məktəbi təşkil olunacaq

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) elan etdiyi qrant müsabiqəsində qalib olmuş "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün II liderlik məktəbi" adlı layihəsini həyata keçiriləcək. SİA-ya verilən məlumata görə, AzGF-in maliyyə dəstəyi ilə 9-14 sentyabr 2013-ci il tarixində Nabran qəsəbəsində həyata keçiriləcək layihədə paytaxtın və ölkəmizin regionlarının bütün ali və orta ixtisas təhsili müəssisələrindən 80-ə yaxın TGT rəhbərləri iştirak edəcək.

Məlumat üçün bildirək ki, layihə ərzində iştirakçılara "Layihənin yazılması və idarə olunması", "TGT işi" və "İşgüzar görüş" mövzusunda təlimlər keçiriləcək. "Bayraqdar" və "Nə? Harada? Nə zaman?" intellektual oyunları baş tutacaq.

Qeyd edək ki, "Tələbə Gənclər Təşkilatlarının sədrləri üçün II liderlik məktəbi" nin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən TGT-lərdə vahid struktur modelinin yaradılması, standart üzvləşmə sisteminin tətbiqinin işlənib hazırlanması, TGT sədrlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, hazırlıq səviyyələrinin yüksəldilməsidir. Eyni zamanda ölkənin təhsil müəssisələrinin tələbələri, TGT-lər və bilavasitə onların sədrləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə dəstək olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə