Ziya Məmmədov Türkiyəyə səfər edəcək

Ziya Məmmədov Türkiyəyə səfər edəcək

2013-cü il 5-7 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində "Qlobal nəqliyyatın gələcəyi və investisiya imkanları" mövzusunda 11-ci Nəqliyyat, Dənizçilik və Kommunikasiya Forumu keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Nəqliyyat Naziri cənab Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Səfər çərçivəsində nəqliyyat naziri cənab Z. Məmmədovun türkiyəli həmkarı və beynəlxalq forumun digər iştirakçıları ilə nəzərdə tutulan ikitərəfli görüşlərində müasir dövrdə nəqliyyatın inkişaf meylləri və perspektivləri ilə bağlı ətraflı müzakirələrin aparılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə