"Azərbaycan gəncliyi ona göstərilən qayğını qiymətləndirir" MÜSAHİBƏ

"Azərbaycan gəncliyi ona göstərilən qayğını qiymətləndirir" MÜSAHİBƏ

"Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar cəmiyyəti"nin rəhbəri İlqar Orucovun SƏS TV-yə müsahibəsi:

- Azərbaycanda gənclərə göstərilən dövlət qayğısını və gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarının icrasını necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir və bu siyasətin əsasını Ümummili Lider Heydər Əliyev qoyub. Hazırda bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən yeni və müasir formada, uğurla davam etdirilir. Son 10 ildə gənclərin hərtərəfli inkişafı ilə bağlı dövlət gənclər siyasəti haqqında qanun, müxtəlif dövlət proqramları qəbul olunub. Əlbəttə, bütün bunlar Azərbaycan gəncinin gələcyinə ünvanlanmış addımlardır. Bu istiqamətdə aparılan işləri təbii ki, gənclər təşkilatının rəhbəri olaraq yüksək qiymətləndirirəm. Dünyada ilk dəfə olaraq "Avropa məkanında yeni çağırışlar: Avropa Gənc Alimlərinin I Bakı Formu" adlı tədbir Azərbaycanda keçirilib və 45 ölkədən 175 gənc alim burada iştirak edib. Sözügedən tədbirdə iştirak edən gənclərin də qeyd etdiyi kimi, Azərbaycanda reallaşan gənclər siyasəti dünyanın heç bir ölkəsində bu qədər əhəmiyyət kəsb etmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidentinin gənclərlə bağlı siyasəti ilk növbədə onların inkişafına yönəldilib. Bu sahədə istedadlı və yaradıcı gənclər olaraq gənc alimlər də xüsusilə fərqlənirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, gənc alimlərlə bağlı bənd qəbul olunmuş bütün dövlət proqramlarında aparıcı məsələlərdən biridir. Təbii ki, biz gənclər də dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasəti çox yüksək qiymətləndiririk.

- Azərbaycan gəncliyinin dövlət qayğısı ilə əhatə olunması fonunda gənclər göstərilən etimadı layiqincə doğrulda bilirmi?

- Rəhbərlik etdiyim təşkilat Azərbaycan gənclərinin elitar hissəsini özündə birləşdirib və böyük məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Qeyd etdiyim kimi bu gün Azərbaycan gənci beynəlxalq tədbirlərdə, elmi konfranslarda, beynəlxaql forumlarda, simpoziumlarda ölkəsini layiqincə təmsil edir. Gəncləri yaşlı həmkarlarından fərqləndirən başlıca amil onların müxtəlif xarici dilləri tez mənimsəməsi, İKT-dən istifadə etmə imkanlarının daha çox olmasıdır. Bir tərəfdən sadaladıqlarımız, digər tərəfdən isə gənclər üçün yaradılmış hazırki şərait onlara Azərbaycanı yüksək səviyyədə təmsil etməyə imkan verir. Ölkəmizin dövlət siyasətində insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan kadrların inkişafı dedikdə ilk növbədə gənclər anlaşılır. Bu gün bizim minlərlə gəncimiz dünyanın aparıcı ali təhsil ocaqlarında, elmi mərkəzlərdə oxuyurlar və çalışırlar. Bütün bunlar Azərbaycan gəncinin ona göstərilən qayğını qiymətləndirməsindən xəbər verir.

- Gənclərimiz xarici ölkələrdə öz bilik və bacarıqları ilə Azərbaycanı lazımi səviyyədə təmsil edə bilıirmi?

- Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən, I, II yeri qazanan və hətta elm sahəsində qızıl medal əldə etmiş gənclərimiz var. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərdə öz gənclərilə yüksək səviyyədə təmsil olunur. Bu gün ölkəmizin kifayət qədər gənci var ki, onların kəşflərinə, əldə etdikləri nailiyyətlərə dünyanın ən mötəbər alimləri istinad edirlər. Bütün bunlar Azərbaycan gəncinin sağlam fəaliyyətindən xəbər verir və ölkəmizin layiqli təmsilinin göstəricisidir.

- Bəzi gənclər var ki, müxalifətin təsiri altına düşərək sosial şəbəkələrdə, daha çox küçələrə çıxaraq müxtəlif aksiyalr keçirməklə dövlət və xalq əleyhinə qərəzli şüarlar səsləndirirlər. Bu kimi gəncləri maarifləndirmək yolu ilə normal fəaliyyətə dəvət etmək olarmı?

- Sizin də qeyd etdiyiniz kimi, bu gənclər azlıq təşkil edirlər. Biz dəfələrlə şahidi olmuşuq ki, radikal siyasətçilərin qurduqları oyunların işrirakçısı olan bu gənclər mitinqlərə çıxır, əsasız fikirlər səsləndirilər. Bizim onlara tövsiyyələrimiz budur ki, onlar öz enerjilərini daha doğru istiqamətə, Azərbaycanın inkişafına yönləndirsinlər. Fəaliyyət göstərən radikal partiyaların gənclər təşkilatlarında tez-tez dəyişikliklər baş verir, öz səhvlərini anlayan gənclər üzv olduqları partiyaları tərk edirələr. Ümummilli Liderimizin arzusu idi ki, Azərbaycan gənci vəntənpərvər olmalı, savadı və dünya görüşü ilə fərqlənməlidir. Bu gün artıq biz bu arzunun reallaşdığını görürük. Belə ki, artıq dövlətin məqsədi olan savadlı, intellektual, vətənpərvər gənclər formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə