Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mingəçevirdə vətəndaşları qəbul edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Hicran Hüseynova ilk olaraq, şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən qadınlarla görüşüb, onları maraqlandıran sualları cavablandırıb. Bölgələrdə erkən nikahlarla bağlı problemlərin hələ də qaldığı komitə sədrinin diqqətinə çatdırılıb.
Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan və Zərdab rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri daha çox erkən yaşda nikaha daxil olmanın fəsadları, boşanmadan sonra əmlakın bölüşdürülməsi və bu kimi digər məsələlərlə bağlı olub. Vətəndaşlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə nümayəndəliklərinin açılmasını təklif ediblər.
Qeyd edək ki, qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb. Digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB