Astarada Boks Mərkəzinin açılışı olub FOTO

Astarada Boks Mərkəzinin açılışı olub FOTO

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilən Boks Mərkəzinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanıb və avqustunda yekunlaşdırılıb. İdman qurğusunun ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılıb. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılıb. Meydançanın işıqlandırma sistemi də müasirliyi ilə seçilir.

Diqqətə çatdırılıb ki, ikimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar da var. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulan məşq salonu idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqlər üçün hər cür şərait yaradılıb. Binanın infrastrukturu da müasir standartlara cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə