Bərdədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin yeni binası istifadəyə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdə və ətraf rayonların Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Tərtər, Yevlax sakinlərinə və ümumvətəndaş pasport almaq istəyənlərə nümunəvi xidmət göstərmək üçün yeni istifadəyə verilən binada müasir avadanlıqlar eyni zamanda yeni texnologiyalar quraşdırılıb. Müasir üslubda tikilən binada otaqlar daha genişdir ki, bu da həm idarənin əməkdaşlarının rahat şəkildə çalışmalarına, həm də müraciət edənlərin xidmətdən rahat şəkildə istifadə etmələrinə şərait yaradacaq.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB