AGAT sədri: “Bu, lobbiçilik və diaspora istiqamətində mühüm addımdır”
"Biz Azərbaycanın tanıdılması ilə bağlı layihələrdə iştirak edəcəyik". Bu sözləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının yaxın vaxtlarda geniş spektorlu fəaliyyəti nəzərdə tutulur: "Biz xaricdə Azərbaycanın tanıdılması, həm də uğurları ilə əlaqədar həyata keçirilən strateji planlaşdırma siyasəti ilə bağlı layihələrdə iştirak edəcəyik. Həmçinin AGAT Avropa ölkələrində beynəlxalq tədbirlər təşkil edəcək. Əsas məqam isə ondan ibarətdir ki, biz bir aydan sonra Böyük Britaniyanın paytaxtı London şəhərində "Azərbaycanın Avropaya inteqrasiya modeli" forumunu həyata keçirəcəyik. Bu tədbir AGAT tərəfindən təşkil olunur və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir. Burada müxtəlif dövlət qurumlarının və qeyri - hökumət təşkilatlarının iştirakı nəzərdə tutulub. Tədbirə gələn qonaqların bir çoxu ingilislər olacaq. Burada müxtəlif təbəqədən olan insanlar - gənclər, tələbələr, aidiyyatı olan rəsmi qurumların nümayəndələri, deputatlar iştirak edəcək. Biz birlikdə Azərbaycanın Avropaya inteqrasiya modelində enerji, siyasi təhlükəsizlik, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəniyyəti və tarixi ilə bağlı bir neçə saatlıq geniş müzakirələr həyata keçirəcəyik. Nəticə olaraq biz oraya gələn ingilis qonaqlarla birlikdə gələcək planlarımızı müəyyənləşdirəcəyik. Düşünürəm ki, bu həm də lobbiçilik və diaspora istiqamətində də mühüm bir addımdır. Azərbaycanda bir çox dövlət proqramları həyata keçirilir və bu, "Azərbaycan Gəncliyi 2011 - 2015-ci illər Dövlət Proqramı" nın tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB