"Aparılan monitorinqlər nəticəsində qənnadı və şirniyyat məhsulları istehsal edən 17 müəssisədə qeyri-qanuni hallar aşkarlanıb". SİA-ya açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov belə deyib. Onun sözlərinə görə, bu müəssisələrdə hazırlanan məhsullarda keyfiyyət standartları pozulub, sanitariya qaydalarına isə riayət olunmayıb: "Lakin bununla belə nəzarət tədbirlərinin statistikasını araşdırdıqda məlum olur ki, ötən ilə nisbətdə bu il qənnadı və şirniyyat məhsulları istehsal edəm müəssisələrdə dövlət standartının pozulması halları azalıb".
Komitə rəsmisi bidirib ki, istehsal olunan yararsız məhsulların aşkarlanmasında istehlakçılar da maraqlı olmalıdır: "Onlar qarşılaşdıqları neqativ hallar barədə komitənin 963 nömrəli qaynar xəttinə məlumat verə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB