"Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, paytaxtda və yarımadada mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq: "Havanın temperaturu gecə 18-23 dərəcə, günün birinci yarısında 25-30 dərəcə olacaq".
Şöbə müdiri qeyd edib ki, ölkənin rayonlarında arabir yağış yağacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir: "Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır".
Sentyabrın 6-da və 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB