Ağdamın Quzanlı qəsəbəsində sünnət aksiyası keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, aksiya rayon icra hakimiyyəti və mərkəzi xəstəxananın birgə təşkilatçılığı ilə keçirilib. Aksiyaya əsasən rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinin, veteranların, şəhid ailələrinin, həmçinin aztəminatlı ailələrin azyaşlı uşaqları cəlb edilib.
Bir gün davam edən aksiya çərçivəsində 100-ə yaxın uşaq sünnət edilib. Aksiya keçirilən zaman o da vurğulanıb ki, aztəminatlı ailələrin övladları yalnız aksiya çərçivəsində deyil, istənilən vaxt xəstəxanaya müraciət edə bilərlər.
Qeyd edək ki, artıq bir neçə dəfədir, rayonda bu cür aksiyalar keçirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB