"Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb

"Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb

Bu ilin sentyabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavskinin "Azərbaycan tarixinin 10 ili: 2003 - 2013-cü illər" adlı kitabı işıq üzü görüb. SAM-dan SİA-ya verilən məlumata görə, beş fəsildən ibarət olan kitabda Ulu Öndər Heydər Əliyevin 1993 -2003-cü illərdə prezidentliyi dövründə qoyulmuş dövlətçilik fundamenti üzərində ölkənin müstəqil daxili və xarici siyasətinin inkişafı, regionda yeri və rolu, xarici tərəfdaşlarla, xüsusən Avropa ilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatları təhlil edilib.

Kitabın "Milli dövlətçiliyin əsaslarının yaradılması" mövzulu birinci fəslində, "Müstəqil Azərbaycanın enerji strategiyası" mövzusunda olan ikinci fəslində "Əsrin müqaviləsi və Xəzərin sektorlara bölünməsi", "Yeni nəqliyyat infrastrukturunun yaradılması, enerji strategiyasında qaz-neft faktoru", "Dövlət neft şirkəti - şəffaflıq şərtlərində yatırımlar" mövzuları, "Dünya İnkişafinın dinamikası: Azərbaycanin rəqabətə davamlılığı" mövzusunda olan üçüncü fəslində "İqtisadi fəaliyyətin liberallaşdırılması, kiçik və orta sahibkarlığa dəstək", "İnformasiya və kommunikasiya texnologiyaları", "Gələcəyə baxiş - Azərbaycan-2020" mövzuları, "Qloballaşma dövründə Azərbaycanın xarici siyasətinin orientasiyası", "Həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi", "Dünya birliyində özünümüəyyənetmə", "Rusiya, Amerika Birləşmiş Ştatları, NATO və Avropa Birliyi Cənubi Qafqaz siyasətinin mərkəzində", "İslam dünyası ilə əlaqə - praqmatizm və balans" mövzuları, "Müasir Azərbaycan milli "Azərbaycançılıq" ideyası kimi" mövzusunda olan beşinci fəslində "Yeni siyasi məkan və müasirləşdirilmə", "Yaradıcı gənclər - Azərbaycanın inkişafının generatorudur" mövzuları öz əksini tapıb.

Qeyd edək ki, rus dilində olan kitab müəllif tərəfdən bir ildən çox Azərbaycanda və Rusiyada aparılan tədqiqatların nəticəsində ərsəyə gəlib. Azərbaycanda və Rusiyada satış üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi kitabın nəşr olunmasına akademik dəstək göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə