Nazim İbrahimov: “Bakıda keçirilən tədbirlər dünyada bizə qarşı olan ikili standartlara tutarlı cavabdır”

Nazim İbrahimov: “Bakıda keçirilən tədbirlər dünyada bizə qarşı olan ikili standartlara tutarlı cavabdır”

"Artıq on illərdir ki, Azərbaycanda bütün sahələrdə müşahidə edilən inkişaf, dövlətçiliyin möhkəmlənməsi ölkəmizi dünyada maraq cəlb edən dövlətə çevirib". SİA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun "Birgə Cəmiyyətlər-2014" Forumuna hazırlıq məqsədi ilə debatda jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Bakı beynəlxalq mərkəzə çevrilməkdədir və bu səbəbdən paytaxtda bir neçə ildir çox böyük tədbirlər keçirilir: "Bu ilin may ayında Bakıda 1-ci Qafqaz forumu keçirilib və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Bugünkü forum da gələn il keçiriləcək 2-ci Qafqaz forumuna hazırlıq məqsədini daşıyır. Həmin forumda Prezidentimiz tərəfindən söylənən fikirlər 1-ci Qafqaz forumunun iştirakçılarının marağına səbəb oldu. Mənə elə gəlir ki, Bakıda keçirilən bu tədbirlər dünyada bizə qarşı olan ikili standartlara tutarlı cavabdır. Bu, ölkəmizdə yürüdülən siyasətin nə qədər müdrik və tolerant olduğunu göstərməyə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə