Gənclər təşkilatımız beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

Gənclər təşkilatımız beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

Gənclər üçün Təhsil Mərkəzinin 6 nəfərdən ibarət nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil edirlər. Mərkəzdən SİA-ya verilən məlumat görə, inklüziv təhsil metodologiyasına həsr olunmuş tədbirin əsas məqsədi bu sahədə müxtəlif ölkələrin gənclər təşkilatları arasında əməkdaşlığın qurulmasına dəstək verməkdir.

Tədbirdə 8 ölkədən 40-a yaxın gənc ekspert iştirak edir.

Qeyd edək ki, nümayəndə heyətinin rəhbəri, Gənclər üçün Təhsil Mərkəzinin layihələr və regionlarla iş bölməsinin rəhbəri Fariz Budaqov məlumat verib ki, səfər çərçivəsində əhəmiyyətli görüşlər və təcrübə mübadilələri də nəzərdə tutulub. Belə ki, bu gün Xorvatiyanın Təhsil Nazirliyi və müxtəlif təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər, eyni zamanda əlilliyi olan gənclər üçün yaradılmış təhsil imkanları ilə tanışlıq səfərləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə