Cari ilin 2 - 8 sentyabr tarixlərində Serbiyada səfərdə olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri, dünən Azərbaycanın Belqraddakı səfirliyində keçirilmiş görüşdə iştirak ediblər.
ATGTİ –dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Serbiyadakı səfiri, Eldar Həsənovun salamlarını ATGTİ nümayəndələrinə çatdıran səfirlik rəsmiləri, onlara səfirliyin stukturu, fəaliyyəti və ölkələrarası (Azərbaycan - Serbiya) münasibətlər haqda məlumat veriblər. Öz növbəsində ATGTİ-nin icraçı direktoru İradə Dadaşova səfirlik rəsmilərini ATGTİ-nin yaranma tarixi, fəaliyyət prinsipləri və reallaşdırdığı irimiqyaslı layihələr barəsində məlumatlandırıb.
Həmin gün təşkilatımızın nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları ilə birgə Belqradın mərkəzi meydanı Taşmaydanda ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edib, Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra məşhur Serbiya yazıçısı Milorad Paviçin heykəli və NATO qüvvələrinin Belqradı bombardman etdikləri zaman həlak olmuş uşaqların abidəsi də ziyarət olunub. Günün sonunda ATGTİ nümayəndə heyəti məşhur alim Nikola Teslanın muzeyində, alimin həyatı və dünya elminə bəxş etdiyi ixtiraları ilə yaxından tanış olublar.
Qeyd edək ki, ATGTİ ilə Serbiya Universitetlər Birliyi (SKONUS) arasında iyulun 5-də imzalanmış niyyət protokolu əsasında baş tutan səfər çərçivəsində, ATGTİ nümayəndələri bu gün Serbiyanın Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşəcək və Belqradda fəaliyyəti göstərən Azərbaycan Mədəniyyət Mərkəzində serbiyalı tələbə-gənclər üçün Azərbaycanın mədəniyyət gecəsi keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB