Gənclərin himninə çevrilən ifa – “Mənim Prezidentim” bütün radiolarda
"Mənim Prezidentim" himnini bu gündən etibarən sosial şəbəkələrdə və Azərbaycanının bütün radiolarından dinləmək mümkündür. Himnin sizə ən yaxın ünvanı www.mp2013.az.
Azərbaycanının əməkdar artisti Tünzalə Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" musiqi parçasının sözlərinin müəllifi İsmayıl Dadaşov, bəstəkarı isə Tünzalə xanım özüdür. Musiqi parçası "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu ilə eyni ad daşıyır və təşəbbüs qrupunun himninə çevrilib.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezidentimizin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədi ilə yaradılmışdır. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB