MQF Seçki Koalisiyası "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Oğuz və Qəbələ rayonunda keçirib. MQF-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, MQF –nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, MQF-nin Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, MQF-nin Oğuz rayon koordinatoru Cavidan Həsənov və digər şəxslər iştirak edib.
R.Zeyni seçicilərin hüquqları, seçki prosesinin ayrı-ayrı mərhələləri haqqında ətraflı məlumat verərək qarşıdan gələn prezident seçkilərində vətəndaş fəallığının cəmiyyətin inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən ekspertlər seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi, seçki maarifçiliyi mövzusunda çıxışlar edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB