QİƏT PM-in 41-ci iclası keçirilir FOTO

QİƏT PM-in 41-ci iclası keçirilir FOTO

Gəncədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, Ticarət, Texnologiya və Ətraf mühit məsələləri üzrə komitəsinin 41-ci iclası keçirilir. SİA-nın Qərb bürosunun xəbərinə görə, tədbirdə millət vəkilləri eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və bir sıra rəsmilər iştirak edib. İclasda həmçinin təşkilata üzv olan 8 ölkənin nümayəndələri də iştirak edib. Tədbirdə əsasən iki məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb. Onlardan biri iqlim dəyişikliyi, digəri isə komitə sədrinin seçilməsi ilə bağlıdır. Artıq nümayəndə heyətləri tərəfindən sənəd imzalanıb və sənədə uyğun olaraq, Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev bu vəzifəyə namizəd göstərilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə